Xəbər lenti
Reklam
Məşhur professordan ANTİVİRUS qida SİYAHISI

"Virusun lipid qatını əridən turş yeməklərdir: turş limon, avokado, sarımsaq, ananas, kivi, portağal. İmmuniteti virusa qarşı möhkətlətmək üçün tövsiyyə etdiyim qidalarla qidalanmaq sizi və ailənizi nəinki koronavirusdan, bir çox digər xəstəliklərdən qorumuş olar".
Gender.az medicina.az-a istinadla əslən Cənubi Azərbaycandan olan, Almaniya “Beynəlxalq Humanitar Tibbi yardım” təşkilatının Azərbaycan üzrə rəhbəri, Amerika MİR humanitar tibbi cəmiyyətinin rəhbəri, hazırda Almaniyada çalışam professor Ağabəy Azərbaycaninin koronavirusa qarşı qida tövsiyələrini təqdim edir.
Koronavirus epidemiyası başlayanda türkiyəli həkimlərin "virusa qarşı kəllə paça yeyin" məsləhətinin nə dərəcədə düzgün olub-olmamasına Ağabəy Azərbaycanı bunları dedi:
"Kəllə -paça, xaş hara, koronavirus hara? Bunlar düzgün fikirlər deyil. Kəllə paçanın yağı çoxdur. Virus əksinə səthi yağlıdır, yağdan xoşu gəlir. Yağ onu qidalandırır. Amma kəllə-paçada kollagen çox olduğu üçün sümük və qığırdaqlara yaxşı təsir edir. Virusu aradan götürən turşudur, sitrusdur, səbzədir.
Professorun antivirus qidalar onluğuna bunlar daxildir:
- Papaya – ən çox vitamin C mənbəyi bu meyvədədir. Günlük C vitamini dozası bu meyvədə yetərli qədərdir. Bakıda da axtarsaz, tapa bilərsiz. Qüvvətli əzələ kütləsi artırır, A, B, fol turşusu var.
- Sarımsaq, soğan – soyuqdəymə, iltihab, viruslu xəstələr xolesterolu, təzyiqi normallaşdırır, parazitləri öldürür.
- Yaşıl çay – flavonoidlərlə zəngindir və çox qüvvətli antioksidandtdır. Mən özüm qara çay içmirəm. Çünki o zərərlidir, immuniteti zəiflədir. Yaşıl çay isə fermentə ve oksidə olmur, nəticədə immuniteti qaldırır.
- Brokkoli – bir kələm ailəsindəndir. Çoxlu vitamin və mineralı var. Bütün xəstəliklər, hətta xərçənglə mübarizə aparır. Gərək brokolini ya çiy, ya da bir az isti suda pörtlədib yeməlisiz. Sərbəst radikalları zərərsizləşdirir. Ağciyərlər, döş qəfəsində infeksiyanı aradan qaldıraxda, damarların təmizlənməsinə komək edir.
- Zəncəfil – iltihab əleyhinə təsir edir. Boğaz ağrısı, badamcıqların iltihabını, sümük ağrısını azaldır. Qusmaya, ürəkbulanmaya qarşı təsirlidir. Toksinləri çıxarır, xolesterolu salır, immuniteti qaldırır. Viruslara qarşı davamlı edir.
- İspanaq – kalsium, maqnezium, dəmir, beta karotinlə zəngindir. İltihab əleyhinədir, immun sistemi artırır, təzyiqi sala bilir. Salatlarda çiy halda yeyilməlidir.
- Sitrus meyvələri – malyariyada, virus xəstəliklərində orqanizmə kömək edirlər. Oksedativ stresi aradan qaldırırlar.
- Qırmızı bolqar bibər - ən xeyirli bibərdir. Portağaldan 2 dəfə çox vitamin C var. Həmçinin ağciyərlər üçün faydalı beta karotin var. Xərçənglə mübarizə aparır.
- Alma – fərqi yoxdur yaşıl, qırmızı. Onlarda olan pektin mədə-bağırsaqda probiotik təsir göstərir. Bilirsiniz ki, bağırsaqlarımızda 80 milyard faydalı bakteriya var. Onları çoxaltmaq lazımdır. İmmuniteti da onlar qaldırır. Hər kəs axşam bir ədəd alma yesə, mədə-bağırsağa çox kömək edir.
- Ən gözəl yeməklərdən biri çox enerji verən tutlardır. Xar tut, qırmızı tut, ağ tut – çox vitaminlidir. C vitamini ilə zəngindir, antioksidant təsir edir. Diabet xəstələri də istifadə edə bilər, şəkəri çox deyil. Soyuqdəymədə, iltihaba xeyirlidir.
- Sarıkök – anti iltihabi təsir edir. Amma keyfiyyətli sarıkök qara istiotla bir yerdə qəbul olunmalıdır. Bu təsiri 17 qat artırır.
- Hər gecə bir qaşıq alma sirkəsi suda həll edib, içə bilərsiz. Mədə-bağırsağa yaxşı təsir edir. 
Tarix: 22 oktyabr 2020
Baxış: 309

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş