Xəbər lenti
Reklam
Koronavirusun müalicəsində effektli olmayan dərmanlar AÇIQLANIB
 

“Remdesivir”in də COVID-19 virusunun müalicəsində effektsiz olduğu bildirilib
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Remdesivir” də daxil olmaqla, dörd dərmanın COVID-19 virusunun müalicəsində az effektli və ya tamamilə təsirsiz olduğunu açıqlayıb.
 
“Remdesivir”, “Hidroksixlorokin”, “Lopinavir”/“Ritonavir” və “İnterferon” dərmanlarının COVID-19 virusunun müalicəsində nə dərəcədə effektli olması ilə bağlı 6 ay tədqiqat aparılıb.
Tədqiqat bu dörd dərmanla müalicə olunan xəstələrin bir ay ərzində öldüyünü və ya sağalmasına “az təsir göstərdiyini” təsbit edib.
Qeyd edək ki, “Remdesivir” ABŞ Prezidenti D.Trampın müalicəsində də istifadə edilmişdi. Eyni zamanda əvvəlki tədqiqatlar “Remdesivir” xaricində digər dərmanların təsirsiz olduğunu göstərirdi. Bununla birlikdə, antiviral dərman “Remdesivir” Amerikada COVID-19 infeksiyasının müalicəsində standart təcrübə kimi təsnif edilib. ABŞ-da “Remdesivir” preparatı üzərində aparılan tədqiqatla ÜST-ün açıqladığı nəticə ziddiyət təşkil edir. Belə ki, ABŞ-da aparılan tədqiqat “Remdesivir” dərmanın virusla müalicə müddətini təxminən beş günə qədər azaltdığı göstərmişdi.
Oksford Universitetinin tibb və epidemiologiya üzrə mütəxəssisi, professor Martin Landray ÜST-ün “Hidroksixlorokin” və “Lopinavir” üzərində apardığı sınaq nəticələrinin İngiltərədəki qrupunun apardığı tədqiqatın nəticələri ilə uyğun olduğunu qeyd etdi.
Professor Landray “Remdesivir”in xəstənin sağ qalmasına heç bir təsirinin olmadığını söyləyib. \\AYNA
Tarix: 17 oktyabr 2020
Baxış: 316

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş