Xəbər lenti
Reklam
Azərbaycanda son sutkada koronavirusa 509 yeni yoluxma faktı qeydə alındı
                                    
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 509 yeni yoluxma faktı qeydə alınıb, 129 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, bu gün COVID-19-dan 2 ölüm faktı qeydə alınıb.

Hazırkı dövrədək ölkəmizdə 43 min 789 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 39 min 800 nəfər müalicə olunaraq sağalıb, 621 nəfər vəfat edib. Aktiv xəstə sayı 3 368 nəfərdir.


Ötən müddət ərzində 1 milyon 209 min 802 test aparılıb. Bugünkü test sayı isə 7 878-dir.
Tarix: 16 oktyabr 2020
Baxış: 371

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş