Xəbər lenti
Reklam
İkinci dəfə koronavirusa yoluxan şəxs öldü – Bu ilkdir
                                            
Dünyada ikinci dəfə koronavirusa yoluxmuş şəxsin ilk ölüm faktı qeydə alındı.

Sfera.az-ın RİA.Novosti-yə istinadla verdiyi xəbərə görə, Hollandiyada ikinci dəfə yeni növ koronavirusa yoluxan 89 yaşlı qadın dünyasını dəyişib. Bunu Oksford universiteti nəşrinin saytında sözügedən klinik hadisənin təsvirini verən həkimlər açlıqlayıb.

Alimlərin verdiyi məlumata görə, qan hüceyrəsi xəstəliyi və immun çatışmazlıqdan əziyyət çəkənxəstə ilk yoluxmadan təxminən iki ay sonra təkrar yoluxub. Tezliklə vəziyyəti çox ağırlaşıb, iki həftə sonra isə ölüb.

Avqustun sonunda virusoloq Marion Kopmans demişdi ki, Niderlandda ilk dəfə zəif immun sistemi olan yaşlı xəstədə koronavirus infeksiyasına təkrar yoluxma aşkar edilib.
 
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya üzrə koronavirusa yoluxanların sayı 376,4 milyonu keçib, milyondan çox xəstə dünyasını dəyişib. Son sutka ərzində 307 mindən çox koronavirusa yoluxma halı qeydə alınıb.
Tarix: 13 oktyabr 2020
Baxış: 347

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş