Redaktor seçimi
    2025-ci ilədək bu şəxslərin maaşlarına əlavələr olunacaq - Baş nazirdən QƏRAR
Xəbər lenti
Reklam
Payızda koronavirusa yoluxma artacaq (VİDEO)
 
“Artıq sentyabr ayındayıq və bir müddət sonra payızın gəlişi ilə hava da soyumağa başlayacaq. İnsanlar pəncərələri bağladıqda, istilik mövsümü başlayacaq, sakinlər qapalı məkanlarda daha çox vaxt keçirəcəklər, təbii olaraq virusa yoluxma çoxalacaq və xəstələnmənin səviyyəsi qalxacaq. Təkcə koronavirusa yox, başqa respirator infeksiyalara da yoluxma çoxalacaq”.

Bu fikirləri artıq tez- tez eşitməyə başlamışıq, təbii olaraq insanlar da bu fəsillərdə xəstəliklərin çoxalması ilə əlaqədar daha çox özlərini qorumağa çalışırlar. Amma bu payız koronavirus bütün infeksion xəstəlikləri kölgədə qoyub. Artıq hərarətimiz artanda belə ağlımıza ilk olaraq qrip yox, koronavirus gəlir.

Mütəxxəsislər hesab edir ki, yeni növ koronavirus infeksiyasının payız dalğası çox risklidir. Doğurdanmı oktyabr-noyabr aylarında yeni bir epidemiya dalğası gözlənilir? TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayevanın sözlərinə görə, payız-qış aylarında digər xəstəliklərlə yanaşı koronavirus infeksiyası da normal olaraq artacaq.\\Qaynarinfo



Tarix: 03 sentyabr 2020
Baxış: 393

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş