Xəbər lenti
Reklam
Diş minasının həssaslığını necə azaltmaq olar? - Stomatoloq tövsiyəsi

Həssas diş minası turş, şirin, çox isti və ya soyuq yeməklər zamanı ağrıya səbəb ola bilir.
Liliya Kuzmenkova bu halın qarşısını almağın yollarından danışıb.
O, ilk növbədə pəhrizdən çox isti, soyuq, turş və şirin qidaların, eləcə də içkilərin xaric edilməsini tövsiyə edib.
Bununla yanaşı, daha çox süd məhsulları, yaşıl yarpaqlı tərəvəzlər, çərəzlər, balıq, yumurta, D vitamini ilə zəngin göbələk istehlak etməyi məsləhət görüb. O, bu qidaların diş minasını gücləndirdiyini bildirib.
“Yumşaq diş fırçası istifadə edin, fırçalama zamanı dişlərə həddindən artıq təzyiqdən göstərməyin. Minanın aşınmasını və diş ətinin zədələnməsini minimuma endirmək üçün dairəvi hərəkətlə fırçalayın. Bədənin və ağız boşluğunun ümumi sağlamlığını qorumaq üçün diş ipi və ağız yaxalayıcısından istifadə etməyi unutmayın”, - deyə həkim qeyd edib.
Həkimin sözlərinə görə, həssaslığın səbəblərini müəyyən etmək və aradan qaldırmaq üçün diş həkiminə müraciət etmək lazımdır.
O, qəfil ağrı halında isə minadakı turşuyu yumaq üçün ağzı ilıq su ilə yaxalamağı məsləhət görüb. \\Medicina.Az

Tarix: 09 iyul 2024
Baxış: 112

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş