Xəbər lenti
Reklam
Qadınların hər gün bu qədər şəkər qəbul etməsi zərərli deyil – Həkimdən açıqlama

Məşhur həkim qadınların hər gün müəyyən miqdarda şəkər qəbul edə biləcəklərini açıqlayıb.
Endokrinoloqu Nataliya Tananakina şirniyyatların gündəlik qəbulunun orqanizmin fərdi ehtiyaclarından, pəhrizdən və fiziki fəaliyyət səviyyəsindən asılı olduğunu diqqətə çatdırıb.
O, qeyd edib ki, əlavə şəkər qəbulunu gündə müəyyən bir səviyyə ilə məhdudlaşdırmaq tövsiyə olunur:
“Məsələn, qadınlar üçün 25 qramdan - təxminən altı çay qaşığı – çox olmamalıdır. Kişilər üçün isə bu miqdar 36 qramdır”.
O əlavə edib ki, qənnadı məmulatlarında əlavə şəkərlə yanaşı, sağlamlığa mənfi təsir göstərən karbohidratlar da var.
Qeyri-sağlam pəhriz təkcə çəki artımına yox, ümumi sağlamlığa, eləcə də dərinin görünüşünə mənfi təsir edir.
Bu səbəblə, həkim orqanizmin ehtiyacı olan gündəlik şəkər miqdarını təbii mənbələrdən – meyvələrdən, meyvə qurularından və ya baldan almağı tövsiyə edib. \\Medicina.Az

Tarix: 09 iyul 2024
Baxış: 92

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş