Xəbər lenti
Reklam
Səhərlər bu qidaları yemək bağırsaq xərçənginin qarşısını ALIR

Xərçəng xəstələrinin müalicəsində ixtisaslaşmış dietoloq Meredy Birdie, bağırsaq xərçənginin inkişafının qarşısını almaq üçün mövcud olan üç səhər yeməyi variantını açıqlayıb. 
Bu barədə "lenta.ru" xəbər verir.
Birdie görə, səhər yeməyində müntəzəm olaraq süd və meyvə ilə yulaf əzməsi yeməklə bağırsaq xərçənginin qarşısını almaq olar. 
"Yulaf əzməsi bağırsaqdakı "yaxşı" bakteriyaları qidalandıran yüksək miqdarda lif sayəsində fayda verir. Bu sıyıq həm də yoğun bağırsağın selikli qişasını qoruyur", - o bildirib.
Dietoloqun sözlərinə görə, sağlam səhər yeməyi üçün ikinci variant giləmeyvə və qoz-fındıqdır. 
"Bu sadə yemək sağlam həzmi dəstəkləmək üçün kalsium, zülal və probiyotiklərlə zəngindir", - Birdie vurğulayıb.
Son olaraq dietoloq səhər yeməyində tərəvəz və pendirlə omlet yeməyi tövsiyə edib.  \\Redaktor.Az

Tarix: 06 mart 2024
Baxış: 161

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş