Xəbər lenti
Reklam
Dəri ləkəsi xərçəngə səbəb ola bilir - 5 əlaməti var

Bəzi dəri xəstəliklərinin ciddi problemlərə gətirib çıxardığı məlum olub.
Gender.Az Hit.az-a istinadla xəbər verir ki, dəri xəstəliklərinin xərçəngə səbəb ola biləcəyi də üzə çıxıb.
Hətta bəzi dəri ləkələri xərçəng xəstəliyinin əlaməti sayıla bilir. Xüsusilə melanoma adlı xərçəngə yoluxanlarda dəri ləkələri sonradan bədxassəli şişə çevrilə bilir. Ümumiyyətlə, bu xəstəlik mövcud xalın dəyişməsi və ya dəridə yeni xalın yaranması ilə yaranır. Lakin erkən diaqnoz qoymaqla bunun öhdəsindən gəlmək olur.
Dəridəki ləkələrin xərçəng xəstəliyinin əlaməti olub-olmadığını bilmək üçün isə 5 yol var.
Həmin yolları təqdim edirik:
1. Asimmetriya - Yəni ləkənin iki yarısı simmetrik deyilsə
2. Sərhəd - Ləkənin kənarları nizamsız və ya aydın deyilsə
3. Rəng - Ləkədə birdən çox rəng və ya rəng dəyişikliyi varsa
4. Diametr - Ləkənin ölçüsü 6 mm-dən böyükdürsə
5. Təkamül - Yəni bir müddət sonra ləkənin ölçüsü, forması və ya rəngində hər hansı dəyişiklik olarsa
Əgər ləkə bu xüsusiyyətlərdən hər hansı biri varsa, dermatoloq və ya həkimə müraciət etmək tövsiyə olunur.

Tarix: 29 fevral 2024
Baxış: 90

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş