Xəbər lenti
Reklam
Ağcaqanadlar koronavirusu insanlar arasında yaya bilərmi?

Alimlər ağcaqanadların insanlar arasında koronavirusu yaya biləcəyi ilə bağlı məlumatları təkzib edib.
Bu barədə “Nature” jurnalı məqalə dərc edib.
Alimlərin araşdırmasına görə, hətta ekstremal şərtlərdə belə, virus ağcaqanadın özündə çoxala bilməyib.
Odur ki, əgər ağcaqanad koronavirusa yoluxan şəxsi sancsa belə virusu digər insana yoluxdurması mümkün deyil.
Ümumdünya Səhiyyə Təşkilatı da bildirib ki, yeni koronavirusun ağcaqanad sancması ilə keçməsi haqda heç bir sübut və əsas yoxdur. \\Report
 
Tarix: 18 iyul 2020
Baxış: 343

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş