Redaktor seçimi
    Deputat olmaq istəyən yeni simalar - SİYAHI
Xəbər lenti
Reklam
“Bu məhsullar orqanizm üçün təhlükəlidir, onları almayın” - Professor

"İstəlinən kənd təsərrüfatı məhsulunun tərkibində çürümə prosesi başlayıbsa, həmin ərzaqdan qida məqsədi ilə istifadə etmək yolverilməzdir”.
Gender.Az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib. 
Professor qida kimi istifadə olunan ərzaq məhsullarının yeni olmasının vacibliyini vurğulayıb:


"Pomidor, kartof, lobya, meyvə və digər ərzaq məhsullarının saxlanma müddəti var. Müəyyən müddətdən sonra məhsulların tərkibi dəyişir, yeyilmək üçün yararsız hala düşür. Bəzi məhsullar var ki, öz keyfiyyətini uzun müddət itirmir. Onlar başqa konservə olunmuş ərzaq vasitələri kimi istifadə oluna bilər. Məsələn, pomidordan tomat və s. hazırlana bilər”. 
Adil Qeybulla bildirib ki, əgər ərzaq məhsulunun tərkibində çürümə başlayıbsa, onların tərkibində aflatoksinlər yer alıbsa, həmin məhsullar təhlükəlidir və məhv edilməlidir:
"Onlar ərzaq kimi istifadə oluna bilməz, orqanizm üçün təhlükəlidir”. 

Bahar Rüstəmli

Tarix: 29 noyabr 2023
Baxış: 126

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş