Xəbər lenti
Reklam
"Küçə və təsadüfi yerlərdən yemək alıb yeməyin, bu..." - Həkim XƏBƏRDARLIQ ETDİ

Bildiyimiz kimi, bir müddət əvvəl Mingəçevir şəhərində uşaqlar arasında "Hepatit A" xəstəliyinə yoluxma halı qeydə alınmışdı. Onlar vəziyyətlərini ağır olması əlaqədar Bakı şəhərindəki xəstəxanaya təxliyə olunmuşdular.
Maraqlıdır, uşaqlar arasında bu virusun yayılmasına gətirib çıxaran səbəblər nələrdir? Bu virus nə qədər təhlükəlidir?
Mövzu ilə bağlı Redaktor.Az-a danışan pediatr Vaqif Qarayev dedi ki, Hepatitin müxtəlif növləri var və ən təhlükəsizi "Hepatit A"dır:
"Çünki ciddi ağırlaşmalar olmur. Xəstəlik ilkin əlamətlərini göstərəndə həkim nəzarətində olmalıdır. Yəni, tez sağalan xəstəlikdir. Təxminən bir ay müddətində sağalmaq mümkündür. Amma digər növləri çox ciddidir və təhlükəlidir. Müalicə olunmazsa, qaraciyər serrozuna qədər gətirib çıxarır.
"Hepatit A" çirkli mühitdən keçir. Çirkli əşyalar, çirkli qida məhsulları, çirkli su, çiy su. Yəni panika qaldırmağa ehtiyac yoxdur. Yəqin ki, yoluxan uşaqlar eyni çirkli məhsuldan istifadə ediblər, lokaldır. Yəni, Mingəçevirdə olubsa, Bakıda gözləmək düzgün deyil. Sadəcə valideynlər,  gigiyena qaydalarına ciddi əməl etməlidirlər. İllərdir deyilir ki, əlləri təmiz saxlayın, küçədən və təsadüfi yerlərdən uşaq yemək alıb yeməsin. Bilinmir axı harda bişib, necə bişirilib. Yaxşı olar ki, valideyn özü hazırlasın, versin. Onda da xanımların xoşu gəlmir, özlərinə əziyyət vermək istəmirlər. Panikaya əsas görmürəm, 5-6 nəfərin yoluxmağı ölkə üçün elə bir təhlükə törətmir. Elə açıqlamalarda da göstərilir ki, eyni mənbədən yoluxublar. Mənbəni də yəqin araşdırıb deyəcəklər".

Humay İSGƏNDƏRLİ

Tarix: 20 noyabr 2023
Baxış: 93

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş