Xəbər lenti
Reklam
Azərbaycanda şagirdlər arasında hepatit A virusu yayılıb

Mingəçevirdə məktəblilər arasında hepatit A virusuna yoluxma aşkarlanıb.
Gender.Az bildirir ki, “Unikal”ın məlumatına görə, son bir həftə ərzində şəhərin əsasən “Tərəvəzçilik” yaşayış massivi ərazisində yerləşən Bahar küçəsində təsdiqlənmiş hepatit A diaqnozu ilə beş xəstə barəsində Mərkəzi Şəhər Xəstəxanasından Gigiyena və Epidemiologiya Mərkəzinə təcili bildiriş vərəqəsi daxil olub.
Onlardan dördü qız, biri isə oğlan uşağıdır və 6, 7, 9 və 11-ci sinif şagirdləridir.

Tarix: 16 noyabr 2023
Baxış: 148

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş