Xəbər lenti
Reklam
Mikroinsult nədir? – Nevroloq izah etdi

Bir çox hallarda işemik insultla mikroinsultu fərqləndirirlər.
İşemik insult əlillik və ölümə səbəb olur. Hər il dünyada milyonlarla insan bu xəstəlikdən ölür.
Bəzi hallarda isə baş beyin qan dövranı pozulur, kiçik qansızmalar olur, amma xəstə əsl insultda olduğu kimi kəskin əlamətlər yaşamır. Buna həkimlər mini insult deyir. Çünki belə gedişatda ağırlaşma olmur, xəstə əlil qalmır.
Nevroloq Andrey Nezorov əslində, mikroinsultun olmadığını bildirib.
“Beynin infartktı çox az sahədə, kiçik ölçüdə olarsa, kliniki olaraq, birtərəfli paresteziya və əlillik olmur. Bu ani təzyiq artmasının nəticəsidir. Reqressiyası bir neçə saat və gün ərzində ola bilər, simptomları isə görülməyə də bilər.
Digər tərəfdən qan dövranı pozulması nəticəsində nevroloji defisit beynin qan dövranının təzyiqin düşməsindən sonra bərpası ilə aradan qalxır, həkimlər xəstənin vəziyyətini stabilləşdirib, ona və yaxınlarına mikroinsult olub deyir.
Əslində isə belə bir insult növü və diaqnoz yoxdur. Mikroinsult sanki beyində gedən qısamüddətli, ciddi nevroloji defektsiz hallara taxılan maskadır. Bu qanda şəkərin kəskin dəyişimi, istilik vurma, xoşxassəli başgicəllənmə və s.-dən ola bilər.
Tibdə mikroinsult deyə termin yoxdur, heç bir konkret diaqnoz deyil, həkim –pasiyent arasında sadəcə, xəstənin ağır insult olmadığını izah edən kəlmədir”.\\Medicina.az

Tarix: 01 sentyabr 2023
Baxış: 156

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş