Xəbər lenti
Reklam
Payızın ən sevimli meyvəsi - ƏZGİL - Meyvəsi qədər müalicəvi yarpaqları...

Əzgil – Мушмула. Əzgilin iki əsas növü vardır: 1. Adi əzgil (Mespilus germanica); 2. Subtropik və ya yapon əzgili (Eriobothrya japonica). Gülçiçəklilər (Rosaceae) fəsiləsindəndir. Vətəni Qafqaz və Talış dağlarıdır.
Yabanı halda Qafqazda, Kiçik Asiyada, Krımda, Türkmənistanda, Balkan yarımadasında, Şimali Iranda bitir. Yabanı əzgil Azərbaycanın şimal və cənub rayonlarının dağlıq meşələrində yayılmışdır. Mədəni halda Azərbaycanda, Avropanın bir çox ölkələrində və ABŞ-da becərilir. Azərbaycanda yabanı formaların və mədəni sortların bir çox növmüxtəliflikləri vardır. Yabanı əzgil aprel ayında yarpaqlayır və mayın əvvəllərində çiçəkləyir. Meyvələri oktyabrın axırı və noyabrın əvvəllərində yetişir.
Meyvəsi boz-darçını rəngdədir, üstü azacıq incə tüklərlə örtülür, diametri 2,5-5,0 sm-dir. Meyvələri yumru, yastı-yumru və ya armudşəkilli olur. Hər meyvənin birtoxumlu beş çəyirdəyi vardır. Meyvənin ətliyi bərkdir, tərkibində aşılayıcı maddə olduğundan ağız büzüşdürücüdür. Lakin dərilib saxlandıqdan sonra və ya meyvəni şaxta vurduqda yumşalır və dadı şirin olur.
Əzgilin müalicəvi xassələri. Əzgildən müalicəvi məqsədlə qidanın yaxşı həzmi və bağırsaqların fəaliyyətini yaxşılaşdırmaq üçün istifadə olunur.
Kal meyvələri mədə-bağırsaq xəstəliklərində, xüsusən ishala qarşı tətbiq edilir. Əzgilin yarpaqlarından dəmlənmiş çayla boğazı yaxalayırlar. Əzgilin yarpaqlarından və kökündən qəhvəyi və yaşıl boyaq alınır. Oduncağının qabığı və yarpaqları aşılayıcı maddələrlə zəngin olduğundan dərilərin aşılanmasında, oduncağı isə xarratlıqda xırda məmulatların hazırlanmasında istifadə edilir. Əzgil təzə halda yeyilir, ondan pastila, povidlo, mürəbbə, kompot, karamel üçün içlik və "Əzgil-şərab" adlı tamlı qatma hazırlanır.
Tərkibində aşı maddəsi çox olduğundan ağız büzüş- dürücüdür. Ona görə də yetişib-ötmüş (lalıxlamış) və donmuş halda daha şirin olur.
Qədim dövrlərdən əzgildən bağırsaqların möhkəmlənməsi və qida həzminin yaxşılaşdırılması məqsədilə istifadə olunurdu. Meyvələrindən və tumlarından alınan həlimdən mədə- bağırsaq xəstəliklərinin, əsasən də ishalın müalicəsində istifadə edirlər. Ondan böyrək daşlarının xaric edilməsində və böyrək xəstəliklərində istifadə inkar edilmir. Əzgil yarpaqlarından hazırlanmış həlimdən (1 xörək qaşığı quru yarpaq 1 stəkan suda) ishala qarşı və qankəsici vasitə kimi istifadə olunur.
Belə həlimlə soyuqdəymədə boğazı qarqara edirlər. Qafqazın xalq təbabətində əzgil yarpaqlarından (1 xörək qaşığı quru yarpaq 1 stəkan qaynanmış suda) boğazı qarqara etmək üçün mərlul 105 hazırlanır. Əzgilin yarpaqlarından və kökündən parçaları boyamaq üçün sarı boyaq alınır. Əzgil, həmçinin, balverən bitkidir. Onun çiçəklərindən toplanan nektar ətrinə və şəffaflığına görə başqa nektarlardan geri qalmır. \\Saglamolun.Az

Tarix: 28 avqust 2023
Baxış: 216

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş