Xəbər lenti
Reklam
Başın çox tərləməsi bu səbəbdəndir – Həkim

Lazım olan vitamin və minerallara malik olmayan bədəndə disfunksiya baş verir və bunun nəticəsində bir çox fəsadlara rast gəlinir. D vitamini də məhz bu vitaminlərdən biridir.
Bu vitamin bədəndəki kalsium və fosfat səviyyələrini tənzimləmək üçün lazım olan önəmli vitamin hesab olunur.
Həmçinin dişlərin sağlamlığı, sümüklərin və əzələlərin qorunmasına kömək edən bu vitaminin bədəndə əksikliyi zamanı bir çox problemlər baş qaldırır. Hətta bu vitaminin ciddi çatışmazlığı nəticədə uşaqlarda deformasiyaya və yetkinlərdə osteomalasiya kimi tanınan ağrılı sümük vəziyyətinə səbəb ola bilər.
Gender.Az xəbər verir ki, həkim-terapevt İrina Andreva D vitamini çatışmazlığının simptomları haqqında danışıb.
“Baş nahiyəsinin tərləməsi orqanizminizin daha çox D vitamininə ehtiyacı olmasına işarədir. Sinir-əzələ qıcıqlanması və tər vəzilərinin həddindən artıq tər ifraz etməsi səbəbindən həddindən artıq tərləmə də D vitamini çatışmazlığının ümumi erkən simptomu kimi təsvir olunur.
D vitamini çatışmazlığının digər ümumi əlamətlərinə aşağıdakılar daxildir:
Zəif əzələlər
Çəki artımı
Yorğunluq
Zəif sümüklər və oynaqlar
Əlavə olaraq o qeyd edib ki, xüsusilə 50 yaşdan sonra insanlar ən az iki həyati vitamin çatışmazlığı ilə üzləşirlər. Məhz bu səbəbdən bədənin vitamin tələbatını öyrənməli və bu məsələyə daha həssas yanaşılmalıdır”.

Mənbə: Medicina.Az

Tarix: 09 avqust 2023
Baxış: 202

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş