Xəbər lenti
Reklam
2023-сü ilin ən təhlükəli meyvəsi açıqlandı – Zəhərlidir

Alimlər bir sıra araşdırmalardan sonra, dünyada ən təhlükəli giləmeymənin çiyələk olduğunu açıqlayıbıar. Çünki onun tərkibində 22 növdə maddə və pestisid tapılıb. Və pestisidlə yüklənməyən çiyələk demək olar, tapılmır.
Hurriyyet.Az xəbər verir ki, meyvələri tez xarab olmaq və ya məhv olmaqdan qorumaq üçün dünyada 1000-dən çox pestisiddən istifadə olunur. Hər bir pestisidin özünəməxsus xüsusiyyətləri və toksikoloji təsiri var.
Diklordifinil, trixloretan və lindan kimi daha ucuz (patentli olmayan) pestisidlərin bir çoxu torpaqda və suda bir neçə il qala bilər. Davamlı üzvi çirkləndiricilərin istehsalını və istifadəsini qadağan 2001-ci il Stokholm Konvensiyasını imzalayan ölkələr bu kimyəvi maddələrin istifadəsini ölkələrində qadağan ediblər.
Pestisidlər az inkişaf etmiş ölkələrdə zəhərlənmə səbəbindən ölümlərin əsas səbəblərindən biridir.
Pestisidlər məqsədyönlü tədbirlər nəticəsində ətraf mühitə buraxıldığından, pestisidlərin istehsalı, satışı və istifadəsi ciddi nəzarət altında olmalıdır. Qida məhsullarında və ətraf mühitdə pestisidlərin qalıq konsentrasiyalarının dəyərlərinə mütəmadi olaraq nəzarət etmək lazımdır.
Pestisidlər hamilələrdə düşüklərə, zamanından əvvəl açılışa və ya uşaq doğulduğu zaman anadangəlmə deffeklərə məruz qala bilər.
Uşaqlarda isə yaddaş və diqqət pozğunluğuna, xərçəng xəstəliyinin əmələ gəlməsinə, zəhərlənmənin ağır dərəcəsinə, hətta ölümə səbəb ola bilər.\\Medicina.Az

Tarix: 23 may 2023
Baxış: 408

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş