Xəbər lenti
Reklam
“TƏBİB "Semaşko"nu konslagerə çevirib, dərman verilmir, hamı zarıya-zarıya qalıb” – ŞOK
 
“Yaxın qohumum koronavirusa yoluxub. 2 gün əvvəl "Semaşko"ya aparılıb. Bu iki gündə proseslə tanışlıq məni dəhşətə gətirib. Palatalarda xəstələrə baxan yoxdur. Həkim personalı təyin olunmayıb. İki gündür xəstəyə cəmi bir sistem vurublar. Dərman verilmir. Hamı zarıya-zarıya qalıb”.
Bunu jurnalist Xəqani Səfəroğlu deyib.
“Kimə müraciət edirsən, deyir mənlik deyil. TƏBİB "Semaşko"nu konslagerə çevirib. Qapalı məkandır: Nə xəbər bilmək olur, nə həkimlə danışmaq olur, nə vəziyyəti aydınlaşdırmaq olur. Xəstənin həyatını belə taleyin ümidinə buraxmaq olmaz!” – X.Səfəroğlu qeyd edib. \\Pravda.az
Tarix: 22 iyun 2020
Baxış: 412

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş