Xəbər lenti
Reklam
Alim Xəzərin səviyyəsindən danışdı: DƏNİZ BİZİ TƏRK EDİR

 

Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi fəlakət kimi qiymətləndirilmir. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov deyib.
"Xəzər dənizində suyun səviyyəsinin bir metrdən çox aşağı düşməsi fəlakət deyil, bu, ekstremal vəziyyət hesab olunmur", - deyə alim bildirib.
Hazırda Xəzərdə suyun səviyyəsinin aşağı düşdüyü müşahidə edilir. Məmmədovun fikrincə, buna baxmayaraq, ola bilsin ki, zamanla suyun səviyyəsi yüksəlsin.
"Ola bilsin, bir müddət sonra suyun səviyyəsi əvvəlki vəziyyətinə qayıdacaq. Xəzər dənizində dəyişikliklər dövri xarakter daşıyır", - alim deyib.
Onun sözlərinə görə, 1978-ci ildən 1995-ci ilədək olan dövrdə dənizdə suyun səviyyəsi 2,5 metrədək yüksəlib və bu, Azərbaycan iqtisadiyyatına çox böyük həcmdə ziyan vurub. Bu ziyan 2,5 milyard dollar dəyərində qiymətləndirilib.
"Bu, ekstremal vəziyyət idi. Hazırda isə bu həddə ziyan müşahidə edilmir", - deyə Məmmədov əlavə edib. \\Sputnik Azərbaycan
Tarix: 14 avqust 2019
Baxış: 464

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş