Tezliklə Azərbaycan "Zəngəzur əməliyyatı"na başlayacaq – Erməni politoloq
“Bu haqda çoxdan yazmışdım, amma yazdıqlarım ciddiyə alınmır. Rəsmi Bakı Ermənistandan 7 kəndi (Qazaxda və Naxçıvanda işğal edilən ərazilər nəzərdə tutulur) geri alacaq, “Artsax”ı (Qarabağda qondarma rejim) Azərbaycanın bir hissəsi kimi tanıyacaq, həmçinin Qara Gölü, Yuxarı Şorca kəndini (Basarkeçər rayonunda yerləşən) tələb edəcək.
Bu fikirləri erməni politoloq Stepan Danielyan Facebook səhifəsində yazıb.
“Onlar tanındıqdan sonra növbəti mərhələdə Azərbaycan Zəngəzur (ermənilər Sünik adlandırır) əməliyyatına başlayacaq.
Bu vəziyyətdə İrəvandakı küçə mübarizəsi problemi həll etmir. Mən baş nazirin istefasının tərəfdarıyam, lakin istənilən istefa özlüyündə məqsəd olmamalıdır, milli strategiyanın hazırlanması vacibdir, qalan addımlar da bu məntiqdən irəli gəlməlidir”, – deyə politoloq qeyd edib. \\Gundem.az
Tarix: 10 may 2022
Baxış: 132
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş