Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
Dmitri Qordon: “Rusiya Azərbaycana hücum edə bilməz”- VİDEO


“Rusiya prezidenti Vladimir Putinin SSRİ-ni yenidən yaratmaq istəyir. Bu məqsədlər üçün o, Azərbaycandan başqa, demək olar ki, keçmiş Sovet İttifaqı ölkələrinin hamısını ələ keçirmək istəyir”. Bu sözləri ukraynalı jurnalist Dmitri Qordon “Ukrayna 24” kanalının efirində deyib.
Onun sözlərinə görə, Putinin hədəfində əksər ölkələr var, yalnız Azərbaycandan başqa. “O, (Putin) Moldovanı ələ keçirmək istəyir? Əlbəttə, bəli. O nə istəyir? Maksimum proqram: bütün Ukrayna, Moldova, Belarus, Gürcüstan, Qazaxıstan, Baltikyanı ölkələr. Əvvəllər Polşaya da girişə bilərdi, amma artıq edə bilməz. Özbəkistan, Türkmənistan, Tacikistan… niyə də olmasın? Hamısı torbadadır, Qırğızıstan da oradadır. Ermənistanın da adını çəkəcəm. Azərbaycanın adını çəkmədim. Azərbaycanla çətindir, Türkiyənin təsir dairəsi var. Azərbaycanın çox yaxşı ordusu var, ən güclü Türkiyə və İsrail silahlarına sahibdir. Ordu silahlanıb… Azərbaycanla bağlı çətinliklər var, orada Türkiyənin təsiri çox güclüdür. Ona görə də Azərbaycanla bağlı tərəddüd edirəm”.


Jamaz

Tarix: 05 may 2022
Baxış: 168

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş