Redaktor seçimi
    Səmayə Həşimova Mahsun Kırmızıgüllə bir arada – Fotolar
Xəbər lenti
Reklam
Deputat: "Azərbaycanlıların maaşının əcnəbilərinkindən qat-qat aşağı olması təəssüf doğurur"

“Bir sıra qurumlarda əcnəbilərə verilən aylıq əmək haqqı ilə bizim vətəndaşlara verilən əmək haqqı məbləği arasında çox fərqin olması qəbuledilən deyil. Fikrimcə, bu məsələdə bərabərlik təmin olunmalıdır. Yüksək ixtisaslı kadrlar, əlbəttə ki, daha çox maaş almalıdırlar. Bu hal yerli qurumlarda deyil, daha çox xarici şirkətlərdə müşahidə edilir. Bizim mütəxəssislər arasında da yüksək səviyyədə olanlar var”.

Gender.az xəbər verir ki , bunu Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Deputat bildirib ki, azərbaycanlıların maaşının əcnəbilərinkindən qat-qat aşağı olması təəssüf doğurur: “Sözsüz ki, məsələ müəyyən qaydada tənzimlənməlidir, ciddi fərqə yol vermək olmaz. Onlar eyni saatda işləyir, eyni vəzifəni yerinə yetirirlərsə, eyni maaşı da almalıdırlar. Bunun əksi vətəndaşları narazı sala bilər, başadüşüləndir. Ölkədə çalışan əcnəbilərin bəziləri 18 - 15 min manat əmək haqqı alırlar. Yəni, şirkətin xarici sektora aid olması orada işləyən azərbaycanlılara az maaş verilməsinə səbəb olmamalıdır. Bu qədər fərq qoymaq doğru deyil”.
Tarix: 11 yanvar 2022
Baxış: 178

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş