Xəbər lenti
Reklam
Sosial şəbəkələrdə yaradılan "tibbi qrup"lar fəsadlara yol aça bilər - XƏBƏRDARLIQ - VİDEO
Son vaxtlar bəzi vətəndaşlar öz sağlamlıqlarını həkimlərə yox, sosial şəbəkələrdə yaradılan tibbi qruplara həvalə edirlər. Bu isə sonda onların sağlamlıqlarında ciddi problemlərin yaranmasına səbəb olur.

Məsələn, tibbi qruplarda biri xəstəyə iynənin necə vurulmağı, digəri isə bədənində yaranan səpkinin aradan qaldırılması üçün nə etməli olduğu ilə bağlı istifadəçilərdən məsləhət istəyir.

Belə qruplara həkimlərlə yanaşı, digər istifadəçilər də üzv olurlar. Qrup istifadəçiləri adətən dərman preparatlarından istifadə və iynə vurma qaydaları ilə bağlı qrup üzvlərinin fikirlərini öyrənirlər. Yazılan fikirlər əsasında da özlərini müalicə edir və həkimə getməyə ehtiyac duymurlar.

Səhiyyə Nazirliyi isə sağlamlıqlarını bu cür qruplara həvalə edən istifadəçilərə xəbərdarlıq edib.

1 saylı Kliniki Tibbi Mərkəzin həkim-terapevti Rəhilə Əliyeva deyir ki, sosial şəbəkələrdə olan bu cür qruplarda həm xəstəliklərlə bağlı tövsiyə olunan dərman preparatlarından istifadə edilməsindən, həm də digər məsləhətlərə riayət olunmasından irəli gələn fəsadlar ilə bağlı xəstəxanaya çox sayda müraciətlər daxil olur.

Rəhilə Əliyeva vətəndaşları səhhətlərində problem yaranacağı təqdirdə sosial şəbəkələrə yox, həkimlərə müraciət etməyə çağırır.

Həkimlər, həmçinin təsadüfi müalicənin sonradan aradan qaldırılması mümkün olmayan fəsadlar verə biləcəyini də deyirlər. \\Xezerxeber.az

Tarix: 12 iyun 2019
Baxış: 430

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş