Xəbər lenti
Reklam
Azərbaycan erməni diversantlar müqabilində bu əraziləri tələb edir - Rusiya nəşri

"Azərbaycan və Ermənistan arasında Qazaxın kəndləri və Qırmızı Bazar yolu barədə danışıqlar gedir".
Bu barədə Rusiyanın “Kommersant” qəzeti məlumat yayıb. Bildirilib ki, Azərbaycan tərəfi hazırda Rusiya sülhməramlıları və Ermənistan hərbçiləri tərəfindən idarə olunan Şuşa-Qırmızı Bazar yoluna nəzarəti ələ almaq üçün danışıqlara başlayıb. Ermənistan tərəfinə bildirilib ki, Qazaxın işğal altındakı 7 kəndi və Qırmızı Bazar yolu müqabilində müharibədən sonra tutulan erməni hərbçilər geri qaytarıla bilər. Ancaq, bununla bağlı hələlik heç bir irəliləyiş əldə edilməyib.
“Kommersant” Ermənistan Xarici İşlər Nazirliyindəki mənbəyə istinadla iddia edir ki, təxminən 200 nəfər Azərbaycan tərəfində əsirlikdədir. Onlardan 72 nəfərin girov olması təsdiqlənib./Yeniavaz.com

Tarix: 07 may 2021
Baxış: 261

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş