Xəbər lenti
Reklam
Polad Həşimov küçəsində yaşayan erməni deputat GÖRÜN KİM İMİŞ - SENSASİON AÇIQLAMA

Qatı millətçiliyi ilə tanınan Ermənistan parlamentinin müxalifətdən olan deputatı Naira Zöhrabyan öz "Feysbuk" səhifəsində maraqlı paylaşım edib.
Erməni mətbuatının yer verdiyi həmin paylaşımda xanım deputat azərbaycanlıların "Google Maps" xəritələrində İrəvandakı küçələrə Vətən Müharibəsi qəhrəmanlarının adlarını verməsindən şikayətlənib.
Zöhrabyan qeyd edir ki, həmin xəritələrə müdaxilə edilərək, küçələrə azərbaycanlı döyüşçülərin adları verilib.
Və bunu az qala Azərbaycanın növbəti təcavüzü kimi qələmə verərək, hökuməti "türklərlə sülhü təbliğ etməkdə" günahlandırıb:
""Google Maps" xəritələrində azərbaycanlılar İrəvan küçələrinin adlarını öz qəhrəmanlarının adlarına dəyişdiriblər. Faktiki olaraq mən Polad Həşimovun adına olan küçədə yaşayıram. Türklərlə sülhü təbliğ etməyə davam edin". \\Qalanews 

Tarix: 10 aprel 2021
Baxış: 201

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş