Xəbər lenti
Reklam
Britaniyada Xocalı faciəsi ilə bağlı aksiya təşkil edildi - Fotolar

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Böyük Britaniyada fəaliyyət göstərən "Natəvan Qrup"unun rəhbəri Səbinə Quliyevanın təşkilatçılığı ilə London şəhərində Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş məlumatlandırma aksiyasına başlanılıb.
Komitədən verilən məlumata görə, 24, 25, 26 fevral tarixlərini əhatə edəcək aksiya zamanı Xocalı soyqırımına dair həqiqətləri əks etdirən elektron lövhənin quraşdırıldığı avtomobil London şəhərinin mərkəzi küçələrində hərəkət edəcək.

Elektron lövhədə "Xocalıya ədalət!", "Biz xatırlayırıq!" şüarları əks olunub. Lövhədə olan fotoşəkillər "Xocalı soyqırımı. 26 fevral 1992", "Ağdam. Xocalı qurbanlarının dəfn mərasimi", "63 uşaq öldürülüb, 76 uşaq əlil olub", "25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 8 ailə tamamilə məhv edilib" və sair məlumatlarla müşayiət olunur.
London vaxtı ilə saat 10:00-dan 18:00-dək davam edəcək avtoyürüş şəhərin mərkəzi küçə və meydanlarını əhatə edəcək. \\ Yenisabah



Tarix: 24 fevral 2021
Baxış: 324

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş