Redaktor seçimi
    Araik azərbaycanlı evli qadına MESAJ YAZDI – Şok Mesaj ÜZƏ ÇIXDI /Video
Xəbər lenti
Reklam
“Ermənistan hakimiyyəti dəyişməlidir” - Ohanyan

“Nikol Paşinyan niyə erməni əsirlərinin geri qaytarılması məsələsini həll edə bilmədi? Bilirsiniz, səlahiyyətlilər bu sualın cavabını verməlidir. Müharibə boyu “Biz qalib gələcəyik!” şüarı altında yürüdülən siyasət nəticəsində məğlubiyyətə düçar olduq, amma indi hakimiyyət “Biz susuruq!” şüarı altında hərəkət edir. Onlar insanların bu suallarına cavab verməlidirlər”.
Erməni mətbuatı xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan bildirib.
Onun fikrincə, Ermənistanın yeni və daha cəsarətli bir hökumətə ehtiyacı var.
“Azərbaycan və Rusiya-Türkiyə tandemi Ermənistan rəhbərliyinə təsirini davam etdirir. Buna görə də deyirik ki, Ermənistan hakimiyyəti dəyişməlidir. Bunu söyləməkdən məmnun deyiləm. Bu vəziyyətdən çıxmaq və ləyaqətimizi bərpa etmək üçün sadəcə yeni, daha cəsarətli və daha yaxşı danışıqlar aparan orqanlara ehtiyacımız var. Əks təqdirdə, 11 yanvarın (Moskva görüşü - red.) davamı olacaq. Bu vəziyyətdə bizim uğursuzluqlar, geri çəkilmələrimiz davam edəcək”, - deyə Ohanyan bildirib. \\Modern.az 

Tarix: 19 yanvar 2021
Baxış: 46

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş



{sape_links}{sape_article}

[an error occurred while processing the directive]