Xəbər lenti
Reklam
Ermənilər bu körpüdən istifadəni dayandırdı - Azərbaycanla razılıq

Ermənistan və Azərbaycan sərhədinin demarkasiyası üzrə komissiyalar arasında razılaşmaya əsasən, Azərbaycanın nəzarətinə keçməli olan Tavuş rayonunun Kirants kəndi yaxınlığındakı körpüdən hərəkət bu gündən etibarən dayandırılıb.
Körpünün fəaliyyəti dayandığından hərəkət Açarkut-Kirants alternativ yolu ilə həyata keçirilir. 
Kənd sakinlərinin məlumatına görə, polis hər iki tərəfdən yolu bağlayaraq körpüdə hərəkəti dayandırıblar. 
Xatırladaq ki, alternativ Kirants-Açarkut yolunun yenidən qurulması işlərinə mayın 19-da başlanılıb. \\Ölkə.Az

Tarix: 10 iyul 2024
Baxış: 79

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş