Redaktor seçimi
    Deputat olmaq istəyən yeni simalar - SİYAHI
Xəbər lenti
Reklam
Şəhid sərhədçilərin vida mərasimi (FOTOLAR)


İyun ayının 10-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində şəhid olmuş mayor Baxışlı Baxış Elşən oğlu ilə Tərtər rayonunda, əsgər Nağıyev Əli Elşən oğlu ilə Gəncə şəhərində vida mərasimi keçirilib.

Gender.Az xəbər verir ki, bu barədə DSX məlumat yayıb.

Vida mərasimlərində şəhidlərin əzizləri, dövlət və hökumət rəsmiləri, Dövlət Sərhəd Xidmətinin rəhbər şəxsləri, hərbi qulluqçular və ictimaiyyət nümayəndələri iştirak ediblər

Mərasimdə mayor B.Baxışlının və əsgər Ə.Nağıyevin şərəfli xidmət yoluna nəzər salınıb, şəhidlik zirvəsinə ucalmış silahdaşlarımızın əziz xatirəsi daim ürəklərdə yaşayacağı, xalqımız tərəfindən böyük minnətdarlıqla yad ediləcəyi vurğulanıb.

Şəhidlərimiz Vətən torpağına əmanət edilib, ruhlarına dualar oxunub, yaylım atəşi açılıb və hər birimizin fəxarət rəmzi olan üçrəngli Dövlət bayrağı ailələrinə təqdim olunub.

Sonda məzarları üzərinə əklillər və gül dəstələri düzülüb.


Şəhid sərhədçilərin vida mərasimi (FOTOLAR)



Şəhid sərhədçilərin vida mərasimi (FOTOLAR)

Şəhid sərhədçilərin vida mərasimi (FOTOLAR)

Şəhid sərhədçilərin vida mərasimi (FOTOLAR)

Şəhid sərhədçilərin vida mərasimi (FOTOLAR)

Şəhid sərhədçilərin vida mərasimi (FOTOLAR)


Tarix: 10 iyun 2024
Baxış: 84

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş