Xəbər lenti
Reklam
Beynəlxalq Cinayət Məhkəməsi Azərbaycanın düşmənlərini hədəfə aldı

Beynəlxalq İnsan Haqları Federasiyası (FIDH) və tərəfdaşları Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Prokurorluğuna məktublarında bir neçə rusiyalı təbliğatçının həbsinə order verilməsini xahiş ediblər.
Bu barədə təşkilatın press-relizində bildirilib.
Hüquq müdafiəçiləri teleaparıcı Vladimir Solovyovun, RT telekanalının baş redaktoru Marqarita Simonyanın, "Rossiya seqodnya" media qrupunun rəhbəri Dmitri Kiselyovun, radio və teleaparıcı Sergey Mardanın həbsinə order verilməsini tələb ediblər.
Təşkilat bu şəxslərin hamısının Ukrayna əhalisinə qarşı nifrətin təbliğatında iştirak etdiklərini bildirib.
Qeyd edək ki, Solovyev və Simonyan Rusiyanın ictimai rəyində Azərbaycana və azərbaycanlılara qarşı neqativ rəy formalaşdırmaq, Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirmək cəhdləri ilə tanınırlar.

Tarix: 08 iyun 2024
Baxış: 59

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş