Xəbər lenti
Reklam
Kiçik və qısa ömürlü Türk dövlətləri - Hatay Cümhuriyyəti
(İkinci hissə: Hatay Cümhuriyyəti)
1918 — ci ildə İkinci Dünya Savaşı bitdikdən sonra Osmanlı silahlı qüvvələri Ərəb
yarımadasından çəkilmək məcburiyyətində qaldı. Ərəb yarımadası Fransa və İngiltərə arasında
bölüşdürülərək, Fransa və İngiltərə mandaları yaradıldı. Həmin ilin 30 oktyabrında Mondros
atəşkəs müqaviləsinə əsasən İsgəndərün və Antakya bölgəsi Osmanlı ərzisi kimi qəbul edildi.
Lakin Fransa həmin müqavilənin «Strateji mövqeyinə əsasən ona təhdid yarada bilən bölgəni
işğal edə bilər» bəndini əsas gətirərək, İsgəndəriunu yenidən işğal edərək öz mandasına qatdı.
1924 — cü ildə həmin bölgədə Suriya dövləti yaradıldıqda isə İsgəndəriun Suriyanın tərkibinə
daxil edildi. 1934 — 1936 — cı illərdə bölgədəki fransız əsgərləri İsgəndəriunda yaşayan Türk
xalqına qarşı amansız davranmağa başladıqda isə M.K. Atatürk Fransa dövlətinə nota göndərdi.
Uzun çəkən mübahisələrdən sonra Fransa Atatürkün dirənişi qarşısında tab gətirməyib,
İsgəndəriunna xüsusi status veriləcəyi barədə söz verdi. Amma 9 sentyabr 1936 — cı ildə Suriya
Fransanın mandatından çıxaraq müstəqil dövlət oldu və İsgəndəriuna xüsusi status verilməsi
məsələsi arxa plana keçdi. Buna qəzəblənən Türkiyə Cumhuriyyəti BMT — na və Fransaya
yenidən sərt notalar göndərdi.
1936 — cı ilin may ayının 1 — də Atatürk Milli Məclisdəki çıxışında hansı yolla olursa olsun
İsgəndəriunun Türkiyə torpaqlarına qatacağına dair çıxış etdi. Bu hadisədən doqquz gün sonra
Fransa ona göndərilən notaya cavab olaraq bildirir ki, Suriya torpaqlarının alınıb başqa dövlətə
verilməsinə icazə verə bilməz, amma İsgəndəiuna Suriyaya bağlı olmaq şərti ilə müstəqillik
verilməsinə razıdır. Məsələ BMT — nın iclasında da səsə qoyulduqdan sonra İsgəndəriuna
Suriyaya bağlı olma şərti ilə müsətqillik verilməsi qərara alınır. Amma Suriya hükuməti bu
qərarla razılaşmır, 1937 — ci lilin iyununda parlmentdə İsgəndəriunun Suriya torpağı olması
haqqında qərar qəbul edir. Bu qərardan sonra suriyalı ərəblər İsgəndəriuna daxil olaraq orada
yaşayan türklərin mallarını talan etməyə, özlərinə əzablar verməyə başlayırlar. Bunu görən
Atatürk İsgəndəriun sərhəddinə üç min nəfərlik qoşun yığır və döyüş vəziyyətini alaraq Fransaya
son notasını göndərir. Həmin dövrdə demək olar ki, bütün Avropanı, həmçinin də Fransanı Hitler
Almaniyası xofu bürüdüyündən Fransa Türkiyəylə açıq müharibədən çəkinir və Türkiyəylə
razılaşmağa məcbur olur. Fransız və Türk əsgərlərindən ibarət olan iki min beş yüz nəfərlik bir
ordu İsgəndəriuna daxil olur və Suriya ərəblərini bölgədən çıxarırlar. Bu iki dövlətin ordusunun
himayəsində iki sentyabr 1938 — ci ildə Atatürkün özünün adlandırdığı kimi Hatay Cümhuriyyəti
qurulur və cümhuriyyət məclisinin ilk iclası baş tutur. Məclisin çıxartdığı qərara əsasən, Tayfur
Sökmən dövlət başçısı, Əbdürrəhim Mələk baş nazir, Əbdülqəni Türkmən isə məclis sədri
seçilir. Hatay Cümhuriyyətinin bayrağı və dövlət himni elə Türkiyə bayrağı və himni ilə eyni
olur. Bir tək konstutsiyaları Türkiyəninkindən fərqli olur.
Atatürkün vəfatından sonra Türkiyə dövlət başçısı İsmət İnönü seçilir. 1939 — cu ildə Türkiyə
Cümhuriyyəti artıq bölgədə güclü bir dövlətə çevrilmişdir. Bundan istifadə edən İnönü Hatay
barədə Fransaya təzyiqlər etməyə başlayır ki, bu təzyiqlərdən çəkinən Fransa dövləti 23 iyun
1939 — cu ildə Ankara müqaviləsinə əsasən Hatayın Türkiyə torpaqlarına qatılmasına razılıq
bildirir. Bir ay sonra, 23 iyul 1939 — cu ildə Fransa əsgərləri Hatay torpaqlarını tərk edir və 24
iyul 1939 — cu ildə Hatay Cümhuriyyəti ləğv olunaraq, Türkiyə torpaqlarına qatılır.



Müəllif: Aqşin Xəyal

Tarix: 17 aprel 2024
Baxış: 166

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş