Xəbər lenti
Reklam
“Neçə dəfə təkrarlamaq olar axı, bu kəndlər Azərbaycanındır” - Erməni deputat

“Bu kəndlər Azərbaycanındır, adamın beyninə batması üçün neçə dəfə demək lazımdır? Bura Azərbaycan ərazisidir. Deyirlər, Paşinyan Tavuş kəndlərini təslim edir. Amma bura Tavuş kəndi deyil”.
Gender.Az Caliber.Az-a istinadən xəbər verir ki, bunu Ermənistan mətbuatına açıqlamasında hakim partiyadan olan deputat Qaqik Melkonyan Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılmasını şərh edərkən deyib.
“Sovet dövründə Qarabağ da Azərbaycan ərazisində yerləşirdi. Biz güclü idik və Qarabağı aldıq. Ancaq indi biz məğlub olmuşuq. Qarabağdan niyə qaçdınız? Ona görə ki, onu saxlamağa gücümüz çatmadı. Biz uzun illərdir ki, resurslarımızı israf etmişik. 26 ildir ki, Azərbaycan silahlanırdı, biz bayram edib, sağlığımıza içirdik.
İndi də İrəvandan Voskepara, (Əskipara – red.) bu kəndlilərə deyirsiz ki, əl çəkməsinlər. Lakin orada döyüş başlayanda İrəvandan ora heç kim gəlməyəcək. Ona görə də Voskeparda hər bir kənd sakini bilməlidir ki, dövlət var, ordu var, dövlət maraqları var və dövlət sərhədi olmalıdır ki, heç bir tərəf onu pozmasın”, – deyə deputat bildirib.

Tarix: 27 mart 2024
Baxış: 71

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş