Redaktor seçimi
    Deputat olmaq istəyən yeni simalar - SİYAHI
Xəbər lenti
Reklam
"Azərbaycanda işbazların sahibkarlıq hüquqları birbaşa əllərindən alınmalıdır" - Ekspertdən ETİRAZ

“Cəmiyyətimizdə sanitariya-gigiyena qaydalarının pozulduğu ən kobud hallar, təhlükə nöqtələrinin analiz sistemi birbaşa məhləiçi market və kababxanalarda müşahidə olunur”.

Bu ifadəni İnformator.az-a açıqlamasında Qida məsələləri üzrə ekspert Ağa Salamov söyləyib. Ekspertin sözlərinə görə, bu sahibkarlar əmindirlər ki, onsuz da AQTA gəlib bunları yoxlamayacaq.

“Bu məsələdə AQTA-nı da qınamaq olmaz. Çünki AQTA fiziki olaraq bunları nəzarətə götürərək, bütün yoxlamaları apara bilməz. Burda əsas yük yerli orqanların, yəni icraların üzərinə düşür”.

Ağa Salamov qeyd edir ki, xüsusilə Abşeron, Masazır və Xırdalan bölgələrində bəzi xoşagəlməz şəraitli kababxalar fəaliyyət göstərir.

“Bu kababxanalar, dönərxanalar antisanitar vəziyyətdədir. Məhləiçi marketlərdə məhsulların saxlanma şərtləri pozulur. Çünki market sahibləri bilirlər ki, onları heç kim gəlib yoxlamayacaq. İndi market sayları çoxalıb”.

Ekspert düşünür ki, market sayı nə qədər çoxalırsa, işbazların sayı da o qədər artır.

“İşbazlar aşkarlanıb sıradan çıxarılmalıdır. Azərbaycanda işbazların sahibkarlıq hüquqları birbaşa əllərindən alınmalıdır. Təəssüflər olsun ki, bu gün məhləiçi marketlərdə ağartı məhsullarının saxlanma şəraitində ciddi problemlər var. Bir də görürsən ki, toyuğu soyuducudan kənarda ortada qoyub satırlar. Bu nə dərəcədə doğrudur? Toyuq soyuducuda olmalıdır. Soyuducununn dərəcəsi toyuğun saxlanma şəraitinə uyğun tənzimlənməlidir. Yaxud balıqları düzüb satırlar”.

Mütəxəssis marketlərdə kənd məhsullarının düzgün şəraitdə saxlanmaması barədə öz narazılığını dilə gətirib.

“Məhləiçi marketlərin çoxunda dibdən təmizləmə prosesi də normal qaydada deyil. Bir də görürsən, marketdə qəmiricilər, həşəratlar adamın qabağına çıxır. Bunlar birbaşa zəhərlənmə mənbəyidir. Məsələn, mənim yaşadığım ərazidə kabab satırlar. Amma mən görürəm ki, həmin obyekt antisanitar şəraitdə fəaliyyət göstərir”.

Ağa Salamov deyir ki, Xırdalan, Masazır ərazilərində antisanitariya baş alıb gedir

“Küçələr zibillənir. Risk qrupuna daxil olan uşaqlar, hamilələr, yaşlılar, immun sistemi zəif olan insanlar üçün bunlar çox təhlükəli hallardır. İcra başçıları bu prosesin həyata keçirilməsində AQTA ilə birgə fəaliyyət göstərməlidir”.

Həcər Əmiraslanlı

Tarix: 21 noyabr 2023
Baxış: 111

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş