Xəbər lenti
Reklam
"Azərbaycan müharibəni udub və prezident Əliyevin çoxlu variantları var" - Erməni diplomatdan hökumətə ETİRAZ

Uzun müddət Ermənistanın keçmiş prezidenti Levon Ter- Petrosyanın müşaviri vəzifəsində çalışan Jirayr Libaridyan hökumətin xarici siyasət kursunu kəskin tənqid edib.

ABŞ-da Erməni Tədqiqatları və Milli Assosiasiyasında çıxışı zamanı diplomat bəzi maraqlı məqamlara toxunub və Qarabağı dünya birliyinin Azərbaycanın tərkib hissəsi kimi tanıdığını deyib: “Fakt odur ki, beynəlxalq ictimaiyyət, BMT Təhlükəsizlik Şurasından başlayaraq Minsk qrupu və ATƏT daxil olmaqla dostlarımız – Rusiya, İran, Yunanıstan, Kipr və Fransa daxil olmaqla hamısı deyir ki, Qarabağ müstəqil olmayacaq, heç zaman Qarabağın müstəqilliyini tanımayacaqlar və Azərbaycanın tərkib hissəsidir. Bu, beynəlxalq ictimaiyyətin Ermənistana açıq mesajıdır. Biz isə fərqli mövqe nümayiş etdirərək, buna qulaq asmaq əvəzinə özümüzə qulaq asdıq. Heç kim bizə köməyə gəlmir və gəlməyəcək, ona görə də Qarabağda nə baş verdiyini heç kim gözlərilə görmək istəmir. Təsəvvür edin, BMT TŞ-nin 5 üzvündən dördü – ABŞ, Böyük Britaniya, Fransa və Rusiya hər gün Qarabağın blokadasından guya narahatlıq ifadə edirlər. Amma ortada bir şey yoxdur”.
Libaridyan Azərbaycanla sülh müqaviləsinin perspektivinə də toxunub, bunu mümkün hesab edib:
“İndi Ermənistan elə vəziyyətdədir ki, bunu istəyirəm, onu istəyirəm deməyə haqqımız yoxdur. Məncə, Azərbaycanla razılığa gəlib sülh müqaviləsini imzalamaq lazımdır. Biz hər dəfə qarşımıza qeyri-adi məqsədlər qoyanda daha çox itirirk. Azərbaycan müharibəni udub və prezident Əliyevin çoxlu variantları var. Elə hərəkət edirik, guya müharibəni udan tərəf bizik. Müharibədən dərhal sonra İlham Əliyevin təklif etdiyi indi təklif etdiyindən qat-qat yaxşı idi”, – deyə Libaridyan bildirib.


Mənbə: KONKRET.az

Tarix: 15 sentyabr 2023
Baxış: 155

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş