Xəbər lenti
Reklam
"Həmin adı alsaydı, Heydər Əliyev SSRİ rəhbəri olacaqdı" - Ulu Öndərə edilən xəyanətin ŞOK DETALLARI

“O vaxt Sovet İttifaqının rəhbəri Qorbaçov yox, Heydər Əliyev olsaydı, SSRİ dağılmazdı”. Rusiyalı politoloq Sergey Markovun səsləndirdiyi bu fikirlər böyük müzakirələrə səbəb olub. Markov təfərrüatlara varmasa da, onun sözlərindən o vaxt Ulu Öndərin SSRİ rəhbərliyinə gətirilməsinə böyük maneələr yaradıldığı anlaşılıb. Bəs görəsən bu maneələri kimlər yaradıb və Heydər Əliyevə qarşı xəyanətlərdə kimlər iştirak edib?  
Mövzunu Konkret.Az-a şərh edən politoloq Cümşüd Nuriyev bildirib ki, 1983-cü ildə Andropov özündən sonra Çernenkonun yox, məhz Heydər Əliyevin hakimiyyətdə olması ilə bağlı istəyini dilə gətirib. Bu barədə o, Simonova deyib: “Çünki onlar araşdırıblar ki, SSRİ-nin Müdafiə Sənayesi Nazirliyinin işini Romanova tapşırsalar da, sonuncu bunun öhdəsindən gələ bilməyib. Amma Heydər Əliyev Nazirlər Soveti sədrinin birinci müavini kimi ona həvalə edilən bütün işlərin öhdəsindən yüksək səviyyədə gəlməyi bacarıb. Həmçinin kənd təsərrüfatına cavabdehlik daşıyan Qorbaçov bu sahəni batırdığına görə, onun namizədliyini də gündəmdən çıxarıblar. Çernenko isə ağır xəstə idi. Yəni Ulu Öndər Heydər Əliyev SSRİ rəhbərliyinə namizədlərdən biri olub. Amma Qorbaçov bunu biləndən sonra ermənilərin əli ilə Heydər Əliyevlə bağlı materialları Azərbaycanda dərc etdirməyə başlayıb. Bu variantın keçərli olmadığını gördükdə isə Moskvaya çoxlu şikayət xarakterli teleqram vurublar. Bütün bu təxribatların arxasında isə vaxtilə Heydər Əliyevlə birgə Mərkəzi Komitədə çalışanlar, eləcə də SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin buradakı agentura şəbəkəsi (indiki “5-ci kolon”) dayanıb. Əsas məqsəd isə Heydər Əliyevin SSRİ rəhbərliyinə gəlməsinin qarşısını almaq olub. Hətta Heydər Əliyevin 60 illiyi ilə bağlı ona ikinci dəfə sosialist əməyi qəhrəmanı adı veriləcəkdi. Əgər həmin adı alsaydı, onun Mərkəzi Komitənin Birinci Katibi olmasına heç bir əngəl qalmayacaqdı. Bunu bildiklərindən Qorbaçov və onun ətrafındakı ermənilər sözügedən məsələnin alınmaması üçün əllərindən gələni ediblər. Çünki Heydər Əliyev SSRİ rəhbərliyinə gətirilsəydi, ermənilərin Qarabağ planı tamamilə məhv olacaqdı”.

İcra başçısı Prezidentin tapşırıqlarını sobataj edir” - Cümşüd Nuriyev |  KONKRET

Cümşüd Nuriyevin sözlərinə görə, Mərkəzi Komitədə Mixail Smitlikov adlı şəxsin əli ilə Heydər Əliyev haqqında toplanan məktublar yayılıb: “Bu məktublar çox böyük rol oynayıb və Heydər Əliyevin əleyhinə olan adamlar öz məqsədinə çatıb. Beləcə Çernenkonu hakimiyyətə gətiriblər və ardınca isə Qorbaçovu hazırlayıblar. Bəli, Markov əsassız danışmır. Mərkəzi Komitənin arxivində bu materiallar tamamilə qapalı saxlanılır. Biz bəzi materialları əldə edə bilmişik. Heydər Əliyevin gördüyü çox böyük işlər var. Ulu Öndər böyük terrorçu qrupun başçısını zərərsizləşdirib. Ümumiyyətlə, Heydər Əliyevin həyatı və fəaliyyəti bir dəryadır. Onun həyatı cəmiyyətə heç 50 faiz tanıdılmayıb. Xüsusilə yaxın və orta şərq üzrə ən güclü mütəxəssis olub. Bunu ABŞ alimləri və SSRİ rəhbərliyi də etiraf edib. Lakin böyük dövlət sirrləri var ki, Rusiya hələlik bunları açmaq istəmir. Bu bir həqiqətdir ki, Heydər Əliyev SSRİ miqyasında qəbul olunan və tanınan ilk türkdür. Hətta müsəlman dünyasından Mərkəzi Komitənin ilk büro üzvləri olan Şərəf Rəşidov və Muhammad Kunayev belə çox məsələlərdə Heydər Əliyevin məsləhətlərini dinləyib. Bütün bu faktlar Heydər Əliyevin nə qədər böyük şəxsiyyət olduğunu bir daha sübuta yetirir”.

Müşviq Tofiqoğlu

Tarix: 10 may 2023
Baxış: 718

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş