Xəbər lenti
Reklam
Putin Prezidentlərə üzük bağışladı - Foto

Xəbər verdiyimiz kimi, dekabrın 26-sı Rusiyanın Sankt-Peterburq şəhərində MDB ölkələrinin liderlərinin qeyri-rəsmi sammiti keçirilib. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.
Gender.Az-ın “Kommersant”a istinadən məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin sammit iştirakçılarına xüsusi hazırlanmış üzük bağışlayıb. Onların arasında Azərbaycanın dövlət başçısı da var.
Məlumata görə, ağ və sarı qızıl metala bənzəyən hər üzüyün üzərində MDB-nin simvolu və “2023-cü iliniz mübarək” sözləri yer alıb. Bununla yanaşı, üzüklərdə sammitin keçirildiyi Rusiyanın da adı qeyd olunub.
Bildirilir ki, üzüyü sammit iştirakçıları arasından ilk Belarus Prezidenti Aleksandr Lukaşenko taxıb. Belarusun “Pul Pervoqo” teleqram kanalı sözügedən üzüyün fotosunu yayıb:


Qafqazinfo

Tarix: 27 dekabr 2022
Baxış: 547

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş