Redaktor seçimi
    “Dağlıq Qarabağ münaqişəsi yoxdur, Ermənistan-Azərbaycan müharibəsi var”
Xəbər lenti
Reklam
30 yaşdan sonra üzə qulluq. Kosmetoloqdan VACİB TÖVSİYƏLƏR

Bənzərsiz Coco Chanel deyirdi, 20 yaşında üz dərinizi sizə təbiyət bəxş edir, 30 yaşında isə onu həyat dəyişir.
Onun bu sözləri ilə razılaşmamaq olmaz çünki 30 yaşında üz dərimiz bədənimizdə baş verən prosesləri özündə əks etdirir. Bu yaşda, onun hüceyrələri nəmlik çatışmamazlığına 18-25 yaşında olduğundan fərqli olaraq, daha kəskin reaksiya verir və buna görə də 30 yaşdan sonra təməl baxımla, üz dərisində nəmlik və hidrolipid balansı təmin etmək ən əsas məsələrdən biridir. Qidalanma və qorunma da unudulmamalıdır. Ancaq öncə məqamlara sırayla nəzər yetirək…
Turgora nəzarət
Dərinin zahiri görünüşü onun turgorundan asılıdır. Kosmetologiyada bu termin dəri hüceyrələrində olan daxili təziqi və elastikliyi ifadə etmək üçün istifadə olunur. Əgər ilk baxışda üzdə gözə çarpan qırışlar və asılmalar müşahidə olunmursa deməli turqor yüksək səviyyədədir. Yaşla bu göstərici tədricən azalır və siqaret, stress, düzgün olmayan qidalanma və pəhriz bu prosesi əhəmiyyətli dərəcədə sürətləndirə bilər. Ancaq bu gün müasir dövrdə dəri turgorunu kosmetik vasitələrlə və müxtəlif prosedurlarla yaxşılaşdırmaq mümkündür.
Dərinin sıxlığı və elastikliyi, dəridə olan kollagen və elastin zülallarıyla yararlanan lif toxumaların vəziyyətindən asılıdır. Fibroblastlar xüsusi hüceyrələrdir ki, onların yaranmasına cavabdehdir. Bu, kollagen və elastini müxtəlif maddələrdən istehsal edən təbii bir mühərrikdir. Dəriyə qulluq üçün məhsullarının tərkibində olan vitaminlər və minerallar sanki bir yanacaqdır. Fibroblastların onlarla daimi təmin olunması vacibdir. Məhz buna görə gündüz və gecə kremləri dəri üçün mütləqdir.
İdeal olaraq, 30 yaşından sonra evdə üz dərisinə qulluğu professional qulluqla sıralamaq lazımdır. Bir kosmetoloqa baş çəkmək vaxt va ya fürsətiniz yoxdursa, təravətli və baxımlı görünüşə evdə də nail olmaq olar. Bu vəziyyətdə əsas məsələ müntəzəm olmaqdır: heç bir hətta ən keyfiyyətli kosmetik vasitə belə ayda 1 dəfə istifadə etməklə istənilən effekti verməz.
Dərinizə hərtərəfli qulluq edin
Evdə qulluq 2 hissəyə bölünür: əsas və əlavə. Əsas hissə iki mərhələni nəzərdə tutur, səhər və axşam kosmetikanın tədbiq olunması. 30 yaşdan sonra səhər proqramı üç mərhələdən ibarətdir.
Təmizlənmə. Gündüz kremi və dekorativ kosmetikanı tətbiq etməzdən əvvəl, bütün gecə dəridə ifraz olunmuş yağ və üz qabığı hissəciklərdən təmizləməlisiniz.
Nəmləndirmə və bərpa. Yuyunduqdan sonra həssas dərinin sahibləri yüngül quruluq və dartınma hiss edə bilərlər. Bu normal dəri reaksiyasıdır - hansı ki, dəri buna alışıb. Təbii pH balansını bərpa etmək və hüceyrələrarası boşluğu nəmləndirmək üçün xüsusi bir məhsul - hidrolit lazımdır. Təbii otlar əsasında olan bu tonik dərini yaxşı nəmləndirir, təravətləndirir və dezinfeksiya edir.
Qidalandırma. Nəmləndirdikdən sonra dəri hüceyrə mübadiləsini davam etdirmək üçün faydalı maddələrlə zənginləşdirilməlidir. Gündüz kremi onları kifayət qədər miqdarda ehtiva edir. O nəinki qidalandırır və nəmləndirir, həm də bütün məsamələri doldurur, dəri relyefini hamarlaşdırır. Gündüz kremini tonal kremlərindən əvvəl təməl bir baza əsası olaraq istifadə etmək mümkündür.
Dekorativ kosmetik vasitələr yalnız gündüz baxım kremlərindən sonra istifadə edilməlidir. Əgər səhər üzünüzü yuduqdan sonra dekorativ makiyajdan istifadə etsəniz, günün yarısına makiyajınız axar.
Axşam baxımı iki mərhələdən ibarətdir:
- üz dərisinin makiyajdan təmizlənməsi
- gecə kreminin tətbiq olunması
Suya davamlı kosmetika xüsusi yağ tərkibli yuyucu vasitə ilə təmizlənir, adi kosmetikanı isə krem-sabunla belə yumaq olar. Əsas qulluğun son mərhələsi gecə kremidir. Tətbiq etməzdən əvvəl barmaqlarınızın ucunda bir az tutmalısınız ki, məhsul temperaturunu deyişərək dəriyə daha yaxşı hopur. Kremi üzə ehmalca, masaj hərəkətləri ilə çəkmək məsləhətdir.
Əlavə qulluq vasitələrinə maskalar və skrablar daxildir. Onları daha yaxsı olar ki, ardıcıl şəkildə həftədə 2-3 dəfə istifadə edilsin. Daha yaxşı olardı ki, əlavə qulluq üçün özünüzə 1-1.5 saat vaxt ayırasınız: öncə dərimizi təmizlədikdən sonra müxtəlif maskalarla qidalandıraq. Bu ardıcıllıqdan sonra dərimiz gözlə görüləcək dərəcədə təravətlənəcək və daha gözəl və sağlam görünəcək.
Dərinizin tipini bilin
Məlumdur ki, 5 növ dəri tipi mövcuddur: yağlı, quru, normal, həssas və qarışıq, və bütün qulluq vasitələri dəri tipinə uyğun seçilməlidir. Problem ondadır ki, hər kəs öz dəri tipini düzgün müəyyənləşdirmir. Məsələn, T nahiyəsində parıltı olan xanımlar yağlı dəri tipinə aid olduğunu düşünürlər, halbuki, bu cür dəri qarışıq dəri tipinə aiddir. Amma daha doğru cavabı almaq üçün kosmetoloqa müraciət etmək məsləhətdir. Profesional kosmetoloq dərinin hər nahiyəsini yoxlayır və lazım gəldikdə xüsusi testlər edir.
Öz dəri tipinizə uyğun olmayan kosmetikadan istifadə etsəniz nə olacaq?
Bu cür hallarda dəridə göynəmə, yağlılıq, səpkilər və qaşınma müşahidə oluna bilər. Çünki maska və kremlərin tərkibi hər dəri tipi üçün fərqlidir. Məsələn, quru dəri tipinə uyğun maskaların tərkibi nəmləndirici və yumuşaldıcı komponentlərdir, yağlı dəri tipinə uyğun isə quruducu və tənzimləyici tərkiblidir.
Təbii və orqanik məhsulları seçin
Əksər hallarda bir çoxları hesab edir ki, orqanik kosmetika təbii kosmetika ilə eynidir, bu anlayış sadəcə qismən belədir. İndiki zamanda bitki tərkibli olan bütün vasitələri təbii hesab edirlər. Orqanik vasitələr isə 100% bitki tərkibli olduğundan dəri üçün daha effekli və təhlükəsizdir. Çünki tərkibində dəriyə əks təsirli STOP-komponentlər - sintetik qatqılar, müxtəlif hormonlar, paraben, süni piqmentlər yoxdur.
KEDMA – orqanik kosmetik kolleksiyası çox genişdir. Kataloq bütün növ dəri tiplərinə uyğun hər vasitə ilə zəngindir. Burada adət etdiyimiz kosmetik vasitələrdən daha effektli məhsullar var – skrablar, sabun, maskalar, nəmləndirici kremlər, təmizləyici vasitələr və s.  
                      /saglamolun
шаблоны для dle 11.2
Baxış: 80

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş