Xəbər lenti
Reklam
"“Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyi “Heydər Əliyev və Qarabağ”sənədli filmin çəkilməsi”" layihəsinə START VERDİ
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il üçün elan etdiyi 1-ci qrant müsabiqəsi çərçivəsində qalib olan “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyi layihəsinin icrasına start verib. 
Gender.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə adıçəkilən Qeyri-Hökumət Təşkilatı ““Heydər Əliyev və Qarabağ” sənədli filminin çəkilməsi” layihəsi çərçivəsində eyniadlı sənədli film üzərində işləyir.
Ümummilli lider Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəlməsinin 50-ci ildönümünə həsr olunan sənədli filmdə millət vəkilləri, tanınmış ictimai xadimlər öz xatirələrini və fikirlərini bölüşəcəklər.
“Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyinin sədri, layihənin rəhbəri Büllur Məmmədova bildirib ki, hazırlıq işləri artıq tamamlanıb, çəkiliş qrupu formalaşdırılıb və yaxın vaxtlarda sənədli filmdə iştirak edəcək respondentlərdən müsahibələrin alınmasına başlanacaq.
 
Tarix: 03 may 2019
Baxış: 878

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş