Xəbər lenti
Reklam
"Məni kim əldən vermək istəyər ki..."

"İşim çox olur, səhər 6-da yatıram. Səhər namazını qılıram, sonra yerimə uzanıb etdiklərimi analiz edirəm. Beynimdə şeir yazıram, mahnı bəstələyirəm, hərəkətlərimi düşünürəm. Hər gün gecə hesabat verirəm: nəyi düz, nəyi səhv etdim".

Bu sözləri Əməkdar artist Elza Seyidcahan "Səhər görüşləri" verilişində deyib. Proqrama makiyajsız qatılan ifaçı yuxu yata bilməməsindən şikayətlənib. 

"Bəzi insanlar var ki, deyir, əcəb etmişəm. Bəzən deyirəm ki, nə yaxşı ondan qurtuldum. Küsmək gözəldir. Amma insan var ki, ondan qurtulursan, amma o səndən əl çəkmir. Amma əl çəkmir. Nə yaxşı belə insanlardan qurtulmuşam. Məni kim əldən vermək istəyər ki..." deyə, Seyidcahan əlavə edib.

Proqramda qonaq olan Əməkdar artist Çingiz Əhmədovun "Bizim nəvələrimiz də bir gündə dünyaya gəlib. Bəlkə gələcəkdə quda olduq" sözlərinə müğənni "Nəvəmin elçiləri çoxdur. Çox sevinərəm" cavabını verib.  \\Axşam.az
Tarix: 29 iyun 2024
Baxış: 67

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş