Xəbər lenti
Reklam
"Hitlerin xəzinələri" haqqında yeni məlumatlar var - Görün hansı ölkədə tapıldı - FOTO

Polşanın xəzinə axtaranları II Dünya Müharibəsi zamanı 48 qutu nasist zinət əşyasının olduğu yerlər haqqında yeni məlumatlar əldə ediblər.

Gender.az "bizim.media"ya istinadən xəbər verir ki, bu haqda məlumatı "The Sun" nəşri yayıb.

Mənbə yazır ki, xəzinələrin Minkovskie kəndinin ərazisində 17-ci əsrdə tikilən qalanın altında gizlədildiyi ehtimal olunur. Nasistlərin bu saraydan fahişəxana kimi istifadə etdiyi məlumdur.

Mütəxəssislər inanırlar ki, xəzinələr arasında suya davamlı qutulara qoyulmuş Breslau qızılı, qiymətli kağızlar və muzey əşyaları var. 

Həm də orada təxminən on ton qızılın saxlanıldığını düşünürlər. Xəzinənin 700 milyon dollar olduğu təxmin edilir.

Qeyd edək ki, "Hitler xəzinələri" ilk dəfə SS zabiti Egon Ollenhauerin gündəliyindən səhifələr dərc edildikdən sonra məlum olub. 

Qızıl, sikkə, zərgərlik və sənət əsərləri ilə yüklənmiş təxminən 260 yük maşınından ibarət olan zinət əşyalarının yerindən bəhs edilib.

Xatırladaq ki, 2015-ci ildə iki Polşa xəzinə axtaranı "Hitlerin qızıllarını" tapdıqlarını elan ediblər.

Məqaləyə dair fotomateriallar:

 


 


 
 


 
 

Tarix: 29 aprel 2021
Baxış: 310

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş