Xəbər lenti
Reklam
“Atvyorka” əvəzinə “buraç”… – Orfoqrafiya lüğətinə daxil edilən yeni sözlər
                                             
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin yenidən işlənmiş 7-ci nəşrinə əvvəlki nəşrdə olmayan 5 mindən çox söz daxil edilib. 

Gender.az xəbər verir ki, bu barədə AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu orfoqrafiya lüğətinin “Ön söz” bölməsində qeyd edib.


O bildirib ki, orfoqrafiya lüğətinin son nəşrində bəzi əsl Azərbaycan sözləri (məsələn: qavram, ora, uca və.s) diqqətsizlikdən yer almamışdı:


“Bütün bunların hesabına yeni orfoqrafiya lüğətinə əvvəlki nəşrdə olmayan 5 mindən çox söz daxil edilib. Bu qəbildən olan sözlərin bir hissəsi dilimizin daxili imkanları hesabına son zamanlarda yaranmış neologizimlərdən ibarətdir.


Məsələn: buraç, paylaşım, tanıtım, uzadıcı və s. Lüğətdə müasir dövrdə güclü inkişafda olan elm və texnikanın müxtəlif sahələrində, eləcə də mətbuat, radio, televiziya, kino dilində və bu sahələrin sıx bağlı olduğu informatika, informasiya texnologiyaları, müasir kommunikativistika sistemində işlənən sözlərlə yanaşı logistika, idman, kulinariya və turizm terminləri də verilib”.


Yenicə çapdan çıxmış “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə son illərdə danışıq dilinə daxil olan, habelə ən çox işlədilən sözlərin yazılış qaydası da yer alıb.


Həmin sözlərin yazılış qaydasını təqdim edirik: Videobloger, vatsap, veb-brauzer, veb-dizayner, vebermetr, veb-xidmət, vebinar, veb-redaktor, veb-server, veb-sayt, veb-ünvan, veb-redaktor, fotoşop, fotoqəzetçi, fotomüxbirlik, fotorobot, fotoşəkil, fotomontajçı, fotoqram, fotojurnalist, fotoköşk, feysbuk, faks-server, distribütor, displey, mail, brifinq, bayraqdar. 

Tarix: 16 aprel 2021
Baxış: 567

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş