Xəbər lenti
Reklam
Rafael Ağayev Neymar və Lebron Ceymslə eyni siyahıda
                                                  

“Globoesporte” nəşri  Tokio-2020-yə 100 gün qalmış yarışda iştirak edəcək 100 ən yaxşı idmançının siyahısını hazırlayıb.

Bu ulduzlar arasında Azərbaycan karateçisi Rafael Ağayev də var. 5 qat dünya və 11 qat Avropa çempionu olan idmançımız siyahıda karate üzrə yer alan yeganə şəxsdir. Cədvəldə digər idman növlərindən də peşəkarlar var. Siyahıda PSJ-dən braziliyalı Neymar, ispaniyalı məşhur tennisçi Rafael Nadal, onun həmkarından isveçrəli Rocer Federer, serbiyalı Novak Cokoviç, ABŞ-dan Serena Uiliams, basketbolçular arasında Lebron Ceyms, ABŞ-dan 4 qat dünya çempionu gimnast Kristian Teylor, yamaykalı atlet, 6 Olimpiya medalının sahibi Şerri Ann Freyser və s. ulduzlar yer alıb.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 2020-ci il 24 iyul – 9 avqust tarixlərində baş tutmalı idi. Lakin koronavirus pandeiyasının geniş yayılması səbəbindən yarış bu il 23 iyul – 8 avqust aralığında keçiriləcək.
Tarix: 15 aprel 2021
Baxış: 406

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş