Xəbər lenti
Reklam
15 ildir əlil arabasına məhkum olan və 29 uşağa analıq edən Aynurə Xudiyeva - VİDEO

15 il əvvəl pəncərədən yıxılaraq əlil arabasına məhkum olan 33 yaşlı Aynurə Xudiyeva "Nur" uşaq evinin sahibidir.
Aynurənin çox ağrılı həyatı olub. Uşaq evinin yaranması tarixi isə onun çətinliklərlə keçən həyatı ilə bağlıdır.
Pəncərə silərkən yıxılan Aynurə 28 əməliyyat keçirib. Bir müddət sonra isə onun ayağında yaralar yaranmağa başlayıb. Bu yaralar Aynurənin ayağının çürüməsinə səbəb olub.
Aynurə bildirir ki, keçirdiyi əməliyyatların xərclərini xeyirxah insanlar qarşılayıb. Həmin xeyirxahlar isə bir gün uşaq evinə gedərkən Aynurə də onlara qoşulur. Uşaq evinin yaranması tarixi də məhz həmin gündən başlayır. \\Baku TV


Tarix: 22 mart 2021
Baxış: 330

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş