Xəbər lenti
Reklam
“Tramp məni öldürmək istəyib” – Venesuela prezidentindən GÖZLƏNİLMƏZ AÇIQLAMA
                                             
Venesuela Prezidenti Nikolas Maduro amerikalı həmkarı Donald Trampın öz hakimiyyəti dövründə Venesuelanı məhv edib, özünü isə öldürmək istədiyini bəyan edib.
“Donald Trampın hakimiyyətdə olduğu dörd il müddətində əsas hədəfi Venesuela idi. Dövləti və məni məhv etmək. O, bir neçə dəfə məni öldürməyi əmr edib”,- deyə Maduro bazar günü Karakasda çıxışı zamanı bildirib. Onun çıxışı dövlət televiziyasında yayımlanıb.
Venesuela prezidenti çıxışında bildirib ki, Tramp dünya siyasətində nifrətin, zorakılığın və təcavüzün təcəssümüdür.
Xatırladaq ki, müxalifət lideri Xuan Quaydo (bundan iki İki gün əvvəl Ali Məhkəmə tərəfindən onun parlamentin sədri təyinatı ləğv edilmişdi-red.) 2019-cu ilin 23 yanvarında özünü prezident vəzifələrinin icraçısı elan etdikdən sonra Venesuelada vəziyyət son dərəcə kəskinləşmişdi.
Amerika Birləşmiş Ştatları onu müvəqqəti dövlət başçısı kimi tanıdı; Lima Qrupu (Meksika istisna olmaqla) ölkələri, Amerika Dövlətləri Təşkilatı və Avropa Birliyi üzvlərinin əksəriyyəti Amerikanın sözügedən qərarını dəstəklədi. Prezident Maduro bu olayı çevriliş cəhdi adlandıraraq ABŞ ilə diplomatik münasibətlərə son qoyulduğunu bəyan etdi. Rusiya, Belarus, İran, Çin, Kuba, Nikaraqua, Suriya və Türkiyə ona dəstək olduqlarını bildirdilər./ Sfera.az
Tarix: 11 yanvar 2021
Baxış: 322

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş