Redaktor seçimi
    2025-ci ilədək bu şəxslərin maaşlarına əlavələr olunacaq - Baş nazirdən QƏRAR
Xəbər lenti
Reklam
Meşədə insult keçirən ovçunu itləri xilas etdi - İnanılmaz olay

İitlər, ov edərkən insult keçirən sahiblərini soyuq havada isidərək, onu ölümdən xilas ediblər.
Gender.Az xəbər verir ki, bu barədə Rostov vilayətinin fövqəladə halların qarşısının alınması və aradan qaldırılması departamenti bildirib. “İki ov iti sahibinin soyuqda sağ qalmasına kömək edib. Onlar insult keçirən şəxsi tərk etməyiblər, onu hərarətləri ilə isidiblər", - deyə qeyd edilib.
İdarədən verilən məlumata görə, kişi ertəsi gün tapılıb. Heyvanlar polis əməkdaşlarının ovçuya yaxınlaşmasına imkan vermək istəməyiblər və yalnız onun həyat yoldaşının gəlməsindən sonra sakitləşiblər. Daha sonra kişi həkimlər tərəfindən müayinə olunub. O, xəstəxanaya aparılıb və hazırda müalicə olunur. \\Publika.az

Tarix: 24 dekabr 2022
Baxış: 492

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş