Xəbər lenti
Reklam
Masallıda Qadın sahibkarlığının inkişaf etdirilməsi mövzusunda tədbir keçirilib - FOTOLAR
Masallı rayonu Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkiafı Agentliyində “Qadın sahibkarlığının inkişaf etdirilməsi yolu ilə iqtisadi inkluzivliyin və ailə institutunun maliyyə dayanıqlılığının artırılması istiqamətində tədbirlərin təşkili” mövzusunda tədbir keçirilib.
Gender.az xəbər verir ki, tədbir “Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyi tərəfindən həyata keçirilən “Qadın sahibkarlığının inkişaf etdirilməsi yolu ilə iqtisadi inkluzivliyin və ailə institutunun maliyyə dayanıqlılığının artırılması istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində baş tutub.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. 
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Elnarə Məhərrəmova həyata keçirilən layihə haqqında tədbir iştirakçılarına məlumat verib.
Daha sonra layihənin ekperti Rəşad Həsənov layihə barədə geniş məlumat verərək, bildirib ki, ölkədə boşanmaların sayı üst səviyyədədir. Boşanma səbəbləri çoxdur. Bunlardan sosial şəbəkələr, gender bərabərliyinin, qadının özünün maliyyə dayanıqlılığının təyin etməsi ilə əlaqədar müəyyən səbəblərdir. Çünkü, ənənələrə alışmış xalqıq. Biz bilirik ki, qadınlarımızın çoxu adətən uzun müddət ailə institutunu niyə saxlayıbdır? Hər bir uşağın böyüməsi üçün vacib olan pulu kimsə evə gətirsin və bu səbəbdən bütün şiddət, təhqir və zorakılığa dözür. Sonda layihənin eksperti vurğulayıb ki, insan həyata bir dəfə gəlir və nəyəsə görə heçkimin əziyyətin qəbul etməli deyil və bu mövqeyi ortaya qoyub müstəqilliyi seçən qadınları alqışlayıram. Qadınların əslində deyək ki, bu gün qadın sahibkarlığının inkişafı, onların məşğulluqda iştirakı, qadınların dövlət siyasətində hazırlanmasında, bu kimi məsələlərdə də onların iştirakı müstəqilliyinə gətirib çıxardır. 
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkiafı Agentliyinin Masallı rayonu üzrə “KOB Dostu” Əkbər Şahverdiyev Agentliyin fəaliyyəti, kiçik və orta biznes (KOB) subyektlərinə göstərilən dəstək tədbirləri, həyata keçirilən layihələr, yaradılmaqda olan yeni dəstək mexanizmləri, KOBİA-nın mühüm layihələrindən olan “KOB Dostu” barədə məlumat verib. Qeyd edilib ki, Agentlik qadın sahibkarlığının inkişafını təşviq etmək, kiçik və orta sahibkarlar arasında qadınların sayının daha da artması üçün müvafiq tədbirlər həyata keçirir. KOB-lar, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən qadınlar biznesin qurulması və inkişafı, hüquq və maraqlarının müdafiəsi, ümumiyyətlə sahibkarlıq fəaliyyəti ilə bağlı onları maraqlandıran məsələlərlə Agentliyin 13 şəhər və rayonunda fəaliyyət göstərən KOB dostlarına müraciət edə bilərlər.
Tədbirdə iştirak edən digər qonaqlar da layihə haqqında öz fikirlərini bildirdilər və qeyd etdilər ki, rayonda artıq adın sahiblkarlarından ibarət “Bahar qrupu”, “Qız qrupu”, “Cənub qrupu” fəaliyyət göstərir. Hər qrupda 12 nəfər olmaqla, dərzilik, şirniyyatçı və toxuculuqla məşğul olan xanımlar artıq öz məhsullarının satışını və sərgisini təşkil edir. Lakin bazara çıxartmaqda müəyyən problemlər yaşanır və bununla bağlı KOBİDA-dən yardım etmələrini xahiş etdilər. Sonda Layihənin rəhbəri Elnarə Məhərrəmova layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və tədbir iştirakşılarına öz təşəkkürünü bildirdi.

Mövzuya dair fotomateriallar:
 




 
Tarix: 04 iyul 2019
Baxış: 532

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş