Xəbər lenti
Reklam
“Xəstəliyi beyninə salanlar gec-tez yoluxacaq” – “Psixoloji koronavirus” orqanizmi necə məhv edir?
                                                      

Koronavirusun yeni “Omikron” ştammının aşkar edilməsi bir sıra ölkələrin yenidən qapanma qərarları verməsinə səbəb olub. Digər mutasiyalardan daha sürətlə yayılan “Omikron” variantı insanların psixoloji durumuna da mənfi təsir edir. Bəzən insanlar yoluxmaq qorxusu ilə yaşadıqlarına görə həqiqətən də xəstələnir.

Maraqlıdır, insanların koronavirusa yoluxmadığı halda yoluxduğunu zənn etməsi və ardınca da xəstələnməsinin tibbi izahı varmı?
Psixoloq Gülnar Orucova düşünür ki, insanın psixoloji olaraq özünü xəstə olduğuna inandırması koronavirusa yoluxmasından daha təhlükəlidir:
“Təəssüf ki, koronavirusa yoluxmaq riski indi daha böyükdür. Söhbət heç də koronavirusun yeni “Omikron” ştammının aşkar edilməsindən və ya yeni ştammların təhlükəli olmasından getmir. Məsələ ondadır ki, hazırda mövsümi qriplər artıb və bir çox hallarda insanlar bunu koronavirusla səhv salır. İnsanlar ətrafında qripə yoluxan insanlara baxaraq, xəstə olmadığı halda özünü xəstələnəcəyinə inandırır. Anlamırlar ki, “koronavirusa yoluxacam” fikri ilə yaşamaq, virusa yoluxmaqdan daha təhlükəlidir.
Bir insan koronavirusa yoluxmadığı halda “məndə koronavirus var” deyirsə, o, gec-tez koronavirusa yoluxacaq. Çünki şəxs özünü psixoloji olaraq buna inandırır. Beyin də öz növbəsində bunu belə qəbul edərək bütün bədənə eyni formada siqnallar ötürür. Tədricən immunitet düşür və insan gec-tec koronavirusa yoluxur. Ona görə də “psixoloji koronavirus”u “Omikron” ştammından daha təhlükəli hesab edirəm”./Sfera.az

Gender.az
Tarix: 30 noyabr 2021
Baxış: 297

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş