Xəbər lenti
Reklam
Saxlanılan icra başçısının bayatı dediyi VİDEO

Sosial şəbəkələrdə bu gün saxlanılan Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun maraqlı videosu yayılıb.Yayılmış görüntülərdə A.Məmmədov “Arazı ayırdılar” bayatısını söyləyir.

Həmin görüntüləri təqdim edirik:



Qeyd edək ki, bu gün Şəmkir Rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat keçirilib. Əməliyyat nəticəsində icra başçısından əlavə onun 1-ci müavini, hazırkı təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov və mənzil-kommunal istismar idarəsinin rəisi Teymur Hacıyev saxlanılıb. \\Demokrat.az


Tarix: 26 aprel 2021
Baxış: 305

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş