Ordumuz ermənilərin mövqeyini atəşə tutub? - MN
Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik.
Bu barədə Gender.Az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
"Aprelin 29-u saat 18:05 radələrində guya Azərbaycan Ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində Dığ yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik", - nazirlikdən əlavə edilib.
Tarix: 29 aprel 2023
Baxış: 144
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Telegramda paylaş