Redaktor seçimi
    Xankəndidə ermənilər Azərbaycan vətəndaşlığı tələb edir: Araik-Ruben cütlüyü kütləvi prosesin qarşısında aciz qalıb
Xəbər lenti
Reklam
Bayramı bulvarda qeyd etmək istəyənlərin nəzərinə!

Gender.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyi tərəfindən bayram günlərində sərnişinlərə yüksək xidmət göstərilməsinin təmin olunması, eyni zamanda sərnişinlərin gedəcəkləri istiqamətlərə rahat və təhlükəsiz şəkildə çatdırılması məqsədilə dekabrın 31-i Dənizkənarı Milli Park istiqamətindən 2 istiqamət üzrə ekspres marşrutlar təşkil edilməsi ilə bağlı qərar qəbul edilib.
Agentlikdən bildirilib ki, bunlar Dənizkənarı Milli Park - “20 Yanvar” metro stansiyası  və Dənizkənarı Milli Park - “ Həzi Aslanov” metro stansiyası istiqamətidir.
Eyni zamanda BNA-nın göstərişinə əsasən, bayram tədbirləri ilə əlaqədar müntəzəm marşrut xətləri üzrə avtobuslar gecə saatlarınadək xidmət göstərəcək. Agentlik tərəfindən bayram günləri sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına əməl olunması, təhlükəsizlik qaydalarına riayət edilməsi, həmçinin sürücülərin müvafiq sərnişindaşıma və yol hərəkəti qaydalarına əməl etmələri barədə lazımi tədbirlərin görülməsi, o cümlədən avtobusların istehsalat bazalarından reysə çıxmalarının təmin edilməsi ilə bağlı daşıyıcılara göstəriş verilib.
Qeyd edək ki, ekspres marşrut üzrə avtobusların çıxış nöqtəsi Park Bulvarın qarşısı müəyyən olunub.

Tarix: 30 dekabr 2022
Baxış: 341

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş



{sape_links}{sape_article}